Birləşmiş Ərəb Əmirliklərində futbol üzrə klublararası dünya çempionatı keçirilir. Arena.az xəbər verir ki, artıq turnirdə finalçılar bəlli olub.
İlk yarımfinal görüşündə Misirin “Əl Əhli” və Braziliyanın “Palmeyras” klubları üz-üzə gəlib. Bu oyunda 2:0 hesablı qələbəyə sevinən Cənubi Amerika təmsilçisi adını finala yazdırıb. Braziliya klubunun heyətində qolları 39-cu dəqiqədə Rafael Veyqa və 49-cu dəqiqədə Dudu vurublar.
Sonuncu yarımfinal görüşündə isə İngiltərənin “Çelsi” və Səudiyyə Ərəbistanının “Əl Hilal” komandaları qarşılaşıb. 1:0 hesablı qələbəyə sevinən Avropa təmsilçisi finala yüksəlib. İngiltərə klubunun yeganə qolunu 32-ci dəqiqədə Romelu Lukaku vurub.
Bu gün həm də 5-ci yer uğrunda oyun keçirilib. Bu oyunda yarımfinala vəsiqə qazana bilməyən Meksika “Monterrey”i ilə BƏƏ təmsilçisi “Əl Cəzirə” qarşılaşıb. Rəqibini 3:1 hesabıyla məğlub edən “Monterrey” DÇ-ni 5-ci yerdə başa vurub.
Beləliklə, mundialın finalında “Çelsi” və “Palmeyras” komandaları qarşılaşacaq. Həlledici oyun fevralın 12-də keçiriləcək. Həmin gün “Əl Hilal”la “Əl Əhli” də 3-cü yer uğrunda üz-üzə gələcək.
Klublararası dünya çempionatı
İlkin mərhələ
3 fevral
Əl Cəzirə (BƏƏ) – Pirae (Taiti) 4:1
İkinci mərhələ
5 fevral
Əl Əhli (Misir) – Monterrey (Meksika) 1:0
6 fevral
Əl Hilal (Səudiyyə Ərəbistanı) – Əl Cəzirə (BƏƏ) 6:1
Yarımfinal
8 fevral
Palmeyras (Braziliya) – Əl Əhli (Misir) 2:0
9 fevral
Əl Hilal (Səudiyyə Ərəbistanı) – Çelsi (İngiltərə) 0:1
5-ci yer uğrunda oyun
Monterrey (Meksika) – Əl Cəzirə (BƏƏ) 3:1
12 fevral
3-cü yer uğrunda oyun
17:00. Əl Hilal (Səudiyyə Ərəbistanı) – Əl Əhli (Misir)
Final
20:30. Çelsi (İngiltərə) – Palmeyras (Braziliya)


