Ko İtakura “Mançester Siti”ni “Borussiya”ya dəyişdi

İngiltərənin “Mançester Siti” klubu müdafiəçisi Ko İtakura ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Premyer Liqa nəhəngi yaponiyalı futbolçusunu Almaniyanın “Borussiya” klubuna satıb.

Bu barədə Mönhenqladbax klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Yaponiya millisinin də üzvü olan futbolçunun yeni komandasında 3 nömrəli formanı geyinəcəyi bildirilib.

Ko İtakura 2019-cu ilin yayında “Mançester Siti”yə cəlb olunmuşdu. Lakin o, Mançester təmsilçisinin əsas komandasında heç bir oyunun iştirakçısı olmayıb. 2019-2021-ci illər aralığında Niderlandın “Qroningen” komandasında icarədə oynamış futbolçu, geridə qalan mövsümdə də Almaniyanın “Şalke” klubuna icarəyə verilib. İtakura Avropaya gələnə qədər yalnız öz ölkəsinin klublarında çıxış edib. Yaponiya yığmasında 12 oyuna çıxmış müdafiəçinin hesabında 1 qol da var.