“Bayern”in baş məşqçisi Vensan Kompani futbol üzrə Almaniya Bundesliqasında məşhur sələflərinin rekordlarını təkrarlayıb.
Arena.az məlumat verir ki, belçikalı mütəxəssis “Bayern”in sükanı arxasında cari mövsümdə ilk üç səfər oyununda qələbə qazana bilib.
Beləliklə, o, “Bayern”in əvvəlki çalışdırıcıları Xosep Qvardiola və Karlo Ançelottinin rekordlarını təkrarlayıb.
2015/2016-cı illər mövsümündə ispan mütəxəssis Xosep Qvardiolanın çalışdırdığı “Bayern” Bundesliqanın ilk üç səfər oyununda qalib gəlmişdi.
İtalyan mütəxəssis Karlo Ançelottinin “Bayern”i isə 2016/2017-ci illər mövsümündə Bundesliqanın ilk dörd səfər oyununda qələbəyə sevinmişdi.
4 turdan sonra Kompaninin “Bayern”i Almaniya Bundesliqasının yarış cədvəlində 12 xalla zirvədə qərarlaşıb.
Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Belçikalı mütəxəssis alman mütəxəssis Tomas Tuxeli əvəzləyib. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığını qoyub.
Əlavə edək ki, işinə uğurla baş vurmuş belçikalı mütəxəssisin “Bayern”i cari mövsümdə məğlubiyyət tanımır.