“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının ümumi mərhələsinin “Barselona” ilə 3-cü turu öncəsi rəqibi qiymətləndirib.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, belçikalı mütəxəssis “blauqrana”nın 17 yaşlı ispaniyalı yeniyetmə cinah hücumçusu Lamin Yamalı qeyd edib:
“Barselona” üçün xüsusilə vacibdir ki, Messi kimi oyunçunu, klubdan ayrıldıqdan sonra əvəz edə biləcək birisi – Yamal var. Bu, müstəsnadır və “La Masiya”nın (“Barselona”nın futbol akademiyası – redaktorun qeydi) xidmətidir. Ancaq bizim üçün əsas olan bir oyunçu deyil, bütün “Barsa” komandasıdır”, deyə Kompani bildirib.
Xatırladaq ki, “Barselona” – “Bayern” oyunu bu gün, oktyabrın 23-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə 23:00-da başladacaq.