“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının 1/4 finalının evdə baş tutacaq “İnter”lə ilk oyunundan gözləntisini açıqlayıb.
Arena.az belçikalı mütəxəssisin oyunöncəsi mətbuat toplantısında səsləndirdiyi müvafiq açıqlamasını təqdim edir:
“Bəli, bizim itkilərimiz var. Amma biz irəli baxırıq və sabah (artıq bu gün – redaktorun qeydi) oynayacaq, çıxış etmək və bizim üçün nəticələr əldə etmək məqsədilə burada olan oyunçuları gözləyirik. Biz unutmamalıyıq ki, sabah oynayacaq oyunçuların hamsı bizim bu gün olduğumuz yerə doğru yolumuzun bir hissəsi olublar. Mən şikayətlənmək istəmirəm – mən zədələrə görə öz hədəflərimi də dəyişmək istəmirəm. Mənim bütün fikirlərim, əgər yaxşı çıxış edəcəyimiz halda nəyin baş verə biləcəyi ilə bağlıdır”, deyə Kompani vurğulayıb.
“Bayern” – “İnter” oyunu bu gün, aprelin 8-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


