“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının 1/16 finalında “Seltik”i çətinliklə keçməsini şərh edib.
Arena.az məlumat verir ki, səfərdə 2:1 hesablı qələbə qazanmış “Bayern”, evdə 90+4-cü dəqiqədə vurduğu bərabərlik qolu ilə məğlubiyyətdən qurtulub (1:1) və Şotlandiya nəhəngini mübarizədən çətinliklə kənarlaşdırıb.
Kompani matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Bu. ağır heç-heçədir. Düşünürəm ki, ikinci hissədə bizim çoxlu fürsətlərimiz vardı, biz daha iki-üç qol vura bilərdik. Məzmun vacibdir. Son altı gündə biz çox güc-qüvvə sərf etdik. Nəticədə Bundesliqadakı ən yaxın təqibçimizi səkkiz xal qabaqlayırıq, Çempionlar Liqasının isə 1/8 finalına çıxdıq. İndi bizim, bərpa üçün vaxtımız var. Əlbəttə, biz həmişə üstünlük saxlamaq, rəqibdən xeyli güclü olmaq istəyirik, xüsusilə də öz stadionumuzda, ancaq nəticə həmişə hər şeydən vacibdir. Biz bu oyundan bir ibrət dərsi alacağıq”, – “Bayern & Germany” dərgisi belçikalı mütəxəssisdən sitat gətirir.
“Bayern” Çempionlar Liqasının 1/8 mərhələsində mübarizəsini davam etdirəcək. Münhen təmsilçisi bu mərhələdə “Bayer” və ya Madrid “Atletiko”su ilə qarşılaşacaq.