Bu gün Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Mərhələnin ən maraqlı görüşlərindən biri Fransada keçirilib. Burada cari mövsümdə müxtəlif mərhələlərdə “Qarabağ”ın rəqibi olmuş iki komanda – Marsel “Olimpik”i və “Bazel” üz-üzə gəlib. İlk matçda Fransa klubu 2:1 hesablı qalibiyyət əldə etmişdi. Cavab matçında da oxşar nəticəyə imza atan fransızlar 1/4 finala yüksəliblər.
Joze Mourinyolu “Roma” ilk oyunda minimal hesabla məğlub etdiyi “Vitess”i bu dəfə evdə sınağa çəkib. Cavab görüşündə qalib müəyyənləşməyib. Nəticədə növbəti mərhələyə “canavarlar” vəsiqə qazanıb.
Mövsümün sürpriz komandalarından sayılan “Bodo Qlimt”in avrokubok macərası davam edir. İlk oyunda “Alkmaar”ı 2:1 üstələyən Norveç klubu cavab görüşündə də uduzmayıb. Əlavə vaxtda heç-heçəyə nail olan bu komanda növbəti mərhələyə adlayıb.
İlk oyunda hərəyə 4 top vuran “Kopenhagen”lə PSV-nin cavab qarşılaşması da maraqla gözlənilirdi. Bu dəfə yalnız PSV 4 qol vurub. Nəticədə “Kopenhagen” mübarizəni dayandırıb.
Səfərdə “Renn”ə məğlub olan “Lester Siti” ilk oyundakı inamlı qələbə sayəsində növbəti mərhələyə çıxıb. PAOK “Gent”i, “Feyenoord” “Partizan”ı, “Slaviya” isə LASK-ı mübarizədən kənarlaşdırıb.
Beləliklə, “Lester Siti”, “Roma”, PAOK, “Feyenoord”, “Slaviya” (Praqa), “Bodo Qlimt”, PSV və “Olimpik” (Marsel) komandaları 1/4 finalda oynamaq hüququ əldə ediblər. Konfrans Liqasında 1/4 finalın püşkü bu gün atılacaq. Bu mərhələnin ilk oyunları 7 apreldə, cavab qarşılaşmaları isə 14 apreldə keçiriləcək.
Avropa Konfrans Liqası
1/8 finalın cavab oyunları
17 mart
Alkmaar (Niderland) – Bodo Qlimt (Norveç) 2:2
Qol: Pavlidis, 18; 30 – Pelleqrino, 26. Sampsted, 105+1.
İlk oyun – 1:2
Kopenhagen (Danimarka) – PSV (Niderland) 0:4
Qol: Zahavi, 10; 79. Getse, 38. Madueke, 90+1.
İlk oyun – 4:4
Renn (Fransa) – Lester Siti (İngiltərə) 2:1
Qol: Buriqe, 8. Tait, 76 – Fofana, 51.
İlk oyun – 0:2
Bazel (İsveçrə) – Olimpik (Marsel, Fransa) 1:2
Qol: Ndoye, 63 – C.Ündər, 74. Ronjye, 90+3.
İlk oyun – 1:2
Gent (Belçika) – PAOK (Yunanıstan) 1:2
Qol: Depoytre, 40 – Krespo, 20. Auqusto, 77.
İlk oyun – 0:1
Roma (İtaliya) – Vitess (Niderland) 1:1
Qol: Abraham, 90+1 – Vittek, 62.
İlk oyun – 1:0
Feyenoord (Niderland) – Partizan (Serbiya) 3:1
Qol: Dessers, 45. Nelson, 59. Linssen, 90 – R.Qomes, 61.
İlk oyun – 5:2
LASK (Avstriya) – Slaviya (Praqa, Çexiya) 4:3
Qol: Vayzinger, 36; 76. Qruber, 88. Şmidt, 89 – Olayinka, 24. Bah, 37. Sor, 62.
İlk oyun – 1:4


