Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün yeni formatda keçirilən Liqa mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.
Tur Türkiyə və Portuqaliyadakı görüşlərlə başlayıb. “Başakşəhər” evdə Vyana “Rapid”ini sınağa çəkib. Üç qolun qeydə alındığı oyun İstanbul təmsilçisinin gözlənilməz məğlubiyyəti ilə başa çatıb.
Günün digər oyununda “Vitoriya” “Çelye” ilə üz-üzə gəlib. Portuqaliya təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib.
Xatırladaq ki, Avropa Konfrans Liqasında Liqa mərhələsinin ilk turuna oktyabrın 3-də yekun vurulacaq.
Avropa Konfrans Liqası
Liqa mərhələsi, 1-ci tur
2 oktyabr
Başakşəhər (Türkiyə) – Rapid (Vyana, Avstriya) 1:2
Qollar: Pyontek, 45+2 – Şaub, 43; 46.
Vitoriya (Portuqaliya) – Çelye (Sloveniya) 3:1
Qollar: Samu, 7. Qustavo, 36. Tyaqo Silva, 62.