Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş tədbirdə Azərbaycan klubları “Sabah”la “Zirə”nin də mümkün rəqibləri müəyyənləşib.
Təmsilçilərimizin yer aldığı cütlər püşk zamanı səpələnməmiş səbətində yer alıblar.
“Zirə”nin “Osiyek”lə (Xorvatiya) təşkil etdiyi cütün qalibi “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Bakılılar pley-offa çıxsa, ilk görüşü səfərdə keçirəcəklər.
“Sabah”ın “Sent Patriks Atletik”lə (İrlandiya) duelinin qalibi “İberiya” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün güclüsü ilə üz-üzə gələcək. Təmsilçimiz İrlandiya klubunu keçsə, pley-offa evdə başlayacaq.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 22-də, cavab görüşləri ayın 29-da keçiriləcək.
Avropa Konfrans Liqası
Pley-off mərhələsi
Əsas yol
“Omoniya” (Kipr)/“Fehervar” (Macarıstan) cütünün qalibi – “Osiyek” (Xorvatiya)/“Zirə” (Azərbaycan) cütünün qalibi
“Sürix” (İsveçrə)/“Vitoriya” (Gimaraynş, Portuqaliya) cütünün qalibi – “Botev” (Bolqarıstan)/“Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi
“İlves” (Finlandiya)/“Yurqorden” (İsveç) cütünün qalibi – “Maribor” (Sloveniya)/“Voyvodina” (Serbiya) cütünün qalibi
“Sankt Qallen” (İsveçrə)/“Slask” (Polşa) cütünün qalibi – “Trabzonspor” (Türkiyə)/“Rapid” (Vyana, Avstriya) cütünün məğlubu
“Sent Mirren” (Şotlandiya)/“Brann” (Norveç) cütünün qalibi – “Hunedoara” (Rumıniya)/“Astana” (Qazaxıstan) cütünün qalibi
“Spartak” (Trnava, Slovakiya)/“Visla” (Polşa) cütünün qalibi – “Molde” (Norveç)/“Serkl Brügge” (Belçika) cütünün məğlubu
“Lans” (Fransa) – “Panatinaikos” (Yunanıstan)/“Ayaks” (Niderland) cütünün məğlubu
“Brondbü” (Danimarka)/“Legiya” (Polşa) cütünün qalibi – “Auda” (Latviya)/“Drita” (Kosovo) cütünün qalibi
“Mlada Boleslav” (Çexiya)/“Hapoel” (Beer Şeva, İsrail) cütünün qalibi – “Paks” (Macarıstan)/“Mornar” (Monteneqro) cütünün qalibi
“Hakken” (İsveç)/“Payde” (Estoniya) cütünün qalibi – “Haydenhaym” (Almaniya)
“Riyeka” (Xorvatiya)/“Elfsborq” (İsveç) cütünün məğlubu – “Olimpiya” (Sloveniya)/“Şerif” (Moldova) cütünün qalibi
“Sent Patriks Atletik” (İrlandiya)/“Sabah” (Azərbaycan) cütünün qalibi – “İberiya” (Gürcüstan)/“Başakşəhər” (Türkiyə) cütünün qalibi
“Kopenhagen” (Danimarka)/“Banik” (Çexiya) cütünün qalibi – “Kilmarnok” (Şotlandiya)/“Tromse” (Norveç) cütünün qalibi
“Fiorentina” (İtaliya) – “Ararat” (Ermənistan)/“Puşkaş Akademiyası” (Macarıstan) cütünün qalibi
“Çelsi” (İngiltərə) – “Braqa” (Portuqaliya)/“Servett” (İsveçrə) cütünün məğlubu
“Krivbass” (Ukrayna)/“Viktoriya” (Plzen, Çexiya) cütünün məğlubu – “Betis” (İspaniya)
“Partizan” (Serbiya)/“Luqano” (İsveçrə) cütünün məğlubu – “Silkeborq” (Danimarka)/“Gent” (Belçika) cütünün qalibi
“Makkabi” (Petah Tikva, İsrail)/ÇFR (Rumıniya) cütünün qalibi – ÇSKA 1948 (Sofiya, Bolqarıstan)/“Pafos” (Kipr) cütünün qalibi
“Noah” (Ermənistan)/AEK (Afina, Yunanıstan) cütünün qalibi – “Rujomberok” (Slovakiya)/“Hayduk” (Xorvatiya) cütünün qalibi
Çempionlar yolu
“Dinamo” (Minsk, Belarus)/“Linkoln” (Cəbəllüttariq) cütünün məğlubu – “Balkani” (Kosovo)/“Larne” (Şimali İrlandiya) cütünün qalibi
“Ordabası” (Qazaxıstan)/“Pünik” (Ermənistan) cütünün qalibi – “Çelye” (Sloveniya)/“Şemrok Rovers” (İrlandiya) cütünün məğlubu
“Vikinqur” (İslandiya)/“Flora” (Estoniya) cütünün qalibi – “Santa Koloma” (Andorra)/RFS (Latviya) cütünün məğlubu
“Panevejis” (Litva)/“Makkabi” (Təl-Əviv, İsrail) cütünün məğlubu – “Petrokub” (Moldova)/TNS (Uels) cütünün məğlubu
“Klaksvik” (Farer adaları)/“Borats” (Bosniya və Herseqovina) cütünün məğlubu – HJK (Finlandiya)/“Deçiç” (Monteneqro) cütünün qalibi