Konfrans Liqasında pley-offun püşkü atılır: “Sabah”la “Zirə”…

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin püşkü atılacaq.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Azərbaycan klubları “Sabah”la “Zirə”nin də mümkün rəqibləri müəyyənləşəcək. Təmsilçilərimizin yer aldığı cütlər püşk zamanı səpələnməmiş olacaq.

Püşkdən öncə UEFA cütləri və klubları qruplara bölüb.

“Osiyek” – “Zirə” cütün 1-ci qrupun səpələnməmişidir. Təmsilçimiz üçün 5 mümkün variant var:

“Kopenhagen” (Danimarka) – “Banik” (Çexiya) cütünün qalibi
“Haydenhaym” (Almaniya)
“Lans” (Fransa)
“Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi
“Trabzonspor” (Türkiyə) – “Rapid” (Vyana, Avstriya) cütünün məğlubu

“Sent-Patriks” – “Sabah” cütü də 3-cü qrupda səpələnməmişdir. Onların da 5 mümkün rəqibi var:

“Çelsi” (İngiltərə)
“İberiya” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi
“Mlada Boleslav” (Çexiya) – “Hapoel” (Beer Şeva, İsrail) cütünün qalibi
“İlves” (Finlandiya) – “Yurqorden” (İsveç) cütünün qalibi
“Molde” (Norveç) – “Serkl Brügge” (Belçika) cütünün məğlubu

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 22-də, cavab görüşləri ayın 29-da keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi
Əsas yol

1-ci qrup

Səpələnmişlər
“Kopenhagen” (Danimarka) – “Banik” (Çexiya) cütünün qalibi
“Haydenhaym” (Almaniya)
“Lans” (Fransa)
“Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi
“Trabzonspor” (Türkiyə) – “Rapid” (Vyana, Avstriya) cütünün məğlubu

Səpələnməmişlər
“Osiyek” (Xorvatiya) – “Zirə” (Azərbaycan) cütünün qalibi
“Kilmarnok” (Şotlandiya) – “Tromse” (Norveç) cütünün qalibi
“Sankt Qallen” (İsveçrə) – “Slask” (Polşa) cütünün qalibi
“Panatinaikos” (Yunanıstan) – “Ayaks” (Niderland) cütünün məğlubu
“Hakken” (İsveç) – “Payde” (Estoniya) cütünün qalibi

2-ci qrup

Səpələnmişlər
“Fiorentina” (İtaliya)
“Olimpiya” (Sloveniya) – “Şerif” (Moldova) cütünün qalibi
“Brondbü” (Danimarka) – “Legiya” (Polşa) cütünün qalibi
“Sürix” (İsveçrə) – “Vitoriya” (Gimaraynş, Portuqaliya) cütünün qalibi
“Hunedoara” (Rumıniya) – “Astana” (Qazaxıstan) cütünün qalibi

Səpələnməmişlər
“Botev” (Bolqarıstan) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi
“Ararat” (Ermənistan) – “Puşkaş Akademiyası” (Macarıstan) cütünün qalibi
“Sent Mirren” (Şotlandiya) – “Brann” (Norveç) cütünün qalibi
“Auda” (Latviya) – “Drita” (Kosovo) cütünün qalibi
“Riyeka” (Xorvatiya) – “Elfsborq” (İsveç) cütünün məğlubu

3-cü qrup

Səpələnmişlər
“Çelsi” (İngiltərə)
“İberiya” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi
“Mlada Boleslav” (Çexiya) – “Hapoel” (Beer Şeva, İsrail) cütünün qalibi
“İlves” (Finlandiya) – “Yurqorden” (İsveç) cütünün qalibi
“Molde” (Norveç) – “Serkl Brügge” (Belçika) cütünün məğlubu

Səpələnməmişlər
“Maribor” (Sloveniya) – “Voyvodina” (Serbiya) cütünün qalibi
“Braqa” (Portuqaliya) – “Servett” (İsveçrə) cütünün məğlubu
“Spartak” (Trnava, Slovakiya) – “Visla” (Polşa) cütünün qalibi
“Paks” (Macarıstan) – “Mornar” (Monteneqro) cütünün qalibi
“Sent Patriks Atletik” (İrlandiya) – “Sabah” (Azərbaycan) cütünün qalibi

4-cü qrup

Səpələnmişlər
“Silkeborq” (Danimarka) – “Gent” (Belçika) cütünün qalibi
“Betis” (İspaniya)
“Makkabi” (Petah Tikva, İsrail) – ÇFR (Rumıniya) cütünün qalibi
“Noah” (Ermənistan) – AEK (Afina, Yunanıstan) cütünün qalibi

Səpələnməmişlər
“Rujomberok” (Slovakiya) – “Hayduk” (Xorvatiya) cütünün qalibi
“Partizan” (Serbiya) – “Luqano” (İsveçrə) cütünün məğlubu
ÇSKA 1948 (Sofiya, Bolqarıstan) – “Pafos” (Kipr) cütünün qalibi
“Krivbass” (Ukrayna) – “Viktoriya” (Plzen, Çexiya) cütünün məğlubu

Çempionlar yolu

Səpələnmişlər
HJK (Finlandiya) – “Deçiç” (Monteneqro) cütünün qalibi
“Vikinqur” (İslandiya) – “Flora” (Estoniya) cütünün qalibi
“Ordabası” (Qazaxıstan) – “Pünik” (Ermənistan) cütünün qalibi
“Petrokub” (Moldova) – TNS (Uels) cütünün məğlubu
“Balkani” (Kosovo) – “Larne” (Şimali İrlandiya) cütünün qalibi

Səpələnməmişlər
“Klaksvik” (Farer adaları) – “Borats” (Bosniya və Herseqovina) cütünün məğlubu
“Santa Koloma” (Andorra) – RFS (Latviya) cütünün məğlubu
“Çelye” (Sloveniya) – “Şemrok Rovers” (İrlandiya) cütünün məğlubu
“Panevejis” (Litva) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün məğlubu
“Dinamo” (Minsk, Belarus) – “Linkoln” (Cəbəllüttariq) cütünün məğlubu