Konfrans Liqasında qrup mərhələsinə start verildi

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

A qrupunda İsrailin “Makkabi” (Təl-Əviv) komandası doğma meydanda Ermənistan təmsilçisi “Alaşkert”i sınağa çəkib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

E qrupunda isə Hayfa “Makkabi”si (İsrail) Niderlandın “Feyenoord” komandasını qəbul edib. Bu görüşdə isə qapılara qol vurulmayıb.

Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” H qrupunda ilk oyununa sentyabrın 16-da çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda İsveçrənin “Bazel” komandasını qəbul edəcək. Qrupun digər matçında Qazaxıstan “Kayrat”ı Kipr “Omoniya”sı ilə qarşılaşacaq.

Konfrans Liqasında qrup mərhələsinin ilk turunun qalan oyunları sentyabrın 16-da keçiriləcək.

Avropa Konfrans Liqası
Qrup mərhələsi
14 sentyabr

A qrupu

Makkabi (Təl-Əviv, İsrail) – Alaşkert (Ermənistan) 4:1
Qol: Periça, 13. Kanixovski, 32. Biton, 45+3-pen. Hozez, 72 – Embalo, 17.

E qrupu

Makkabi (Hayfa, İsrail) – Feyenoord (Niderland) 0:0

16 sentyabr

H qrupu

18:30 Kayrat (Qazaxıstan) – Omoniya (Kipr)
20:45 Qarabağ – Bazel (İsveçrə)

A qrupu

20:45 HJK (Finlandiya) – LASK (Avstriya)

B qrupu

20:45 Flora (Estoniya) – Gent (Belçika)
23:00 Anortosis (Kipr) – Partizan (Serbiya)

E qrupu

20:45 Slaviya (Çexiya) – Yunion (Almaniya)

F qrupu

20:45 Slovan (Slovakiya) – Kopenhagen (Danimarka)
20:45 Linkoln (Cəbəllütariq) – PAOK (Yunanıstan)

G qrupu

20:45 Renn (Fransa) – Tottenhem (İngiltərə)
20:45 Mura (Sloveniya) – Vitess (Niderland)

C qrupu

23:00 Roma (İtaliya) – ÇSKA (Sofiya, Bolqarıstan)
23:00 Bude-Qlimt (Norveç) – Zarya (Ukrayna)

D qrupu

23:00 Yablonets (Çexiya) – ÇFR (Rumıniya)
23:00 Ranners (Norveç) – Alkmaar (Niderland)