Futbol üzrə Avropa Konfrans Liqasının 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu, Avropa Liqasında və Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarının yekunundan sonra dəqiqləşib.
Bunlardan 26-sı Əsas yol, 4-ü Çempionlar yolunda mübarizə aparacaqlar.
Azərbaycan təmsilçilərinin – “Sabah” və “Zirə”nin də növbəti raundda hansı komandalarla üz-üzə gələcəyi artıq məlumdur.
Qeyd edək ki, Avropa Konfrans Liqasının 3-cü raundunun oyunları avqustun 8-də və 15-də təşkil olunacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
“Vikinqur” (İslandiya) – “Flora” (Estoniya)
“Ordabası” (Qazaxıstan) – “Pünik” (Ermənistan)
“Balkani” (Kosovo) – “Larne” (Şimali İrlandiya)
HJK (Finlandiya) – “Deçiç” (Monteneqro)
Əsas yol
“Mlada Boleslav” (Çexiya) – “Hapoel” (Beer Şeva, İsrail)
“Kilmarnok” (Şotlandiya) – “Tromse” (Norveç)
“Ararat” (Ermənistan) – “Puşkaş Akademiyası” (Macarıstan)
“Sürix” (İsveçrə) – “Vitoriya” (Gimaraynş, Portuqaliya)
“Paks” (Macarıstan) – “Mornar” (Monteneqro)
“Hakken” (İsveç) – “Payde” (Estoniya)
“Maribor” (Sloveniya) – “Voyvodina” (Serbiya)
“Spartak” (Trnava, Slovakiya) – “Visla” (Polşa)
“Sent Patriks Atletik” (İrlandiya) – “Sabah” (Azərbaycan)
“Sent Mirren” (Şotlandiya) – “Brann” (Norveç)
ÇSKA 1948 (Sofiya, Bolqarıstan) – “Pafos” (Kipr)
“İlves” (Finlandiya) – “Yurqorden” (İsveç)
“Hunedoara” (Rumıniya) – “Astana” (Qazaxıstan)
“Rujomberok” (Slovakiya) – “Hayduk” (Xorvatiya)
“Noah” (Ermənistan) – AEK (Afina, Yunanıstan)
“Auda” (Latviya) – “Drita” (Kosovo)
“İberiya” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə)
“Brondbü” (Danimarka) – “Legiya” (Polşa)
“Makkabi” (Petah Tikva, İsrail) – ÇFR (Rumıniya)
“Silkeborq” (Danimarka) – “Gent” (Belçika)
“Osiyek” (Xorvatiya) – “Zirə” (Azərbaycan)
“Senkt Qallen” (İsveçrə) – “Slask” (Polşa)
“Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan)
“Kopenhagen” (Danimarka) – “Banik” (Çexiya)
“Olimpiya” (Sloveniya) – “Şerif” (Moldoca)
“Botev” (Bolqarıstan) – “Zrinski” (Bosniya və Herseqovina)