Konqo yığmasının futbolçuları qeyri-adi tədbir keçirdilər – Video

Konqo Demokratik Respublikası yığmasının futbolçuları qeyri-adi etiraz tədbirləri ilə mətbuatın diqqət mərkəzinə düşüblər.

Arena.az məlumat verir ki, Konqo DR yığmasının futbolçuları Kot-d’İvuar yığması ilə Afrika Millətlər Kubokunun yarımfinal mərhələsinin oyunu öncəsi dövlət himni səsləndirilərkən ölkə əhalisinə dəstək əlaməti olaraq tədbir keçiriblər.

Stadionda dövlət himnləri səslənərkən oyunçular barmaqlarını gicgahlarına qoyub ağızlarını əlləri ilə bağlayılar. Bu tədbir son günlər döyüşlərin getdiyi Konqo Demokratik Respublikasının əhalisinə dəstək məqsədi daşıyır.

Xatırladaq ki, daha əvvəl, Afrika Millətlər Kubokunun təşkilatçıları Konqo DR yığmasına meydan sahibi Kot-d’İvuar yığması ilə oyunda qara sarğı taxmağı qadağan ediblər.

Oyun Kot-d’İvuar yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Turnirin təşkilatçıları finalda Nigeriya yığması ilə qarşılaşacaqlar. Konqo Demokratik Respublikasının yığmasını isə bürünc medal uğrunda Cənubi Afrika Respublikasının yığması ilə təsəlli oyunu gözləyir.