Konseysao: “Arsenal”la matçda düşündüyümüz hər şeyi etdik”

“Portu”nun baş məşqçisi Serjio Konseysao UEFA Çempionlar Liqasının 1/8 finalında “Arsenal”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Portuqaliya və İngiltərə təmsilçiləri arasında “Portu”nun meydanında keçirilmiş ilk oyunda portuqallar 1:0 hesablı qələbəyə seviniblər.

Portuqal mütəxəssis komandasının qələbə qazandığı matçdan sonra bunları dilə gətirib:

“Oyunçular öz çıxışlarından razı olmalıdırlar. Hazırlaşmaq üçün vaxtımız vardı, amma köklənmə ilə bağlı fəsadımız yox idi. Komanda çox gözəl başa düşürdü ki, rəqiblə mübarizə apara bilmək üçün onun yüksək səviyyəsinə uyğun gəlmək lazımdır. Çempionlar Liqası səviyyəsində yaxşı oyun oldu. Rəqibimiz topu daha çox saxlasa da, biz daha kəskin idik.

Biz topu cinahlara yaxşı çatdırırdıq və onları mərkəzə keçməyə məcbur etdik. Biz düşüncəmizdə olan hər şeyi, hətta standartları belə, həyata keçirə bildik. Bu münasibətlə futbolçularımı təbrik edirəm”, deyə Konseysao bildirib.

Komandalar arasında cavab oyunu martın 12-də keçiriləcək. “Topçular” “Emireyts”də “əjdahalar”ı qonaq edəcəklər.