“Napoli”nin baş məşqçisi Antonio Konte A Seriyasının 1-ci turunda “Verona” ilə oyundan (0:3) sonra neapollu azarkeşlərə müraciət edib.
Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən demək istəyirəm ki, bizi bu cür ehtirasla izləyən neapollu azarkeşlərdən üzr istəməliyik. Mən məşqçiyəm və bütün məsuliyyəti öz üzərimə götürməyim düzgündür.
Təvazökarlıqla üzr istəyirəm, çünki ikinci hissə qəbuledilməz idi. Oyun göstərdi ki, bütün məqamlarda çox çalışmaq gərəkdir. Mən Neapola böyük həvəs və böyük arzu ilə gəlmişəm. “Napoli”yə kömək edə bilsəm, bunu edəcəyəm”, deyə Konte azarkeşlərə səslənib.
1-ci turdan sonra xalsız “Napoli” yarış cədvəlinin sonuncu, 20-ci pilləsində yer alıb. “Verona” isə 3 xalla A Seriyasının lideridir.