AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.
Arena.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının 2024/2025 mövsümünün pley-off mərhələsinin oyununda UEFA nümayəndəsi olacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Belə ki, Könül Mehdiyeva Rumıniyanın ÇFR (Kluj) və Kiprin “Pafos” komandaları arasında keçiriləcək ilk oyunda iş başında olacaq.
Avqustun 22-də Kluj-Napoka şəhərində yerləşən “ÇFR Kluj” stadionunda təşkil olunacaq görüşə Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
Xatırladaq ki, bu komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Kiprdə baş tutacaq.
