“Kopenhagen” komandası futbol üzrə Danimarka çempionatında 2022/2023 mövsümünü çempion kimi başa vuracaq.
Arena.az xəbər verir ki, sözügedən komanda sona bir tur qalmış qızıl medalları təmin edib.
Belə ki, Danimarka Super Liqasının 31-ci turunda səfərdə “Viborq”la qarşılaşan kopengagenlilər bu görüşdə qələbə qazanıblar – 2:1. Liderin turnir cədvəlindəki ən yaxın izləyicisi “Nordsyeland”ın isə “Bröndbü”yə məğlub olması (1:5) çempionluğun rəsmiləşməsi üçün yetərli olub.
Xalını 58-ə yüksəldən “Kopenhagen” ardıcıl 2-ci dəfə dəfə ölkə çempionu olub. “Nordsyaland” 54 xalla ikinci pillədə qalıb. 50 xalı olan “Viborq” isə üçüncüdür.
Xatırladaq ki, bu, “Kopenhagen”in ardıcıl 2-ci, bütövlükdə isə 15-ci çempionluğudur. Sözügedən klub 1992/93, 2000/01, 2002/03, 2003/04, 2005/06, 2006/07, 2008/09, 2009/10, 2010/11, 2012/13, 2015/16, 2016/17, 2018/19 və 2021/22 mövsümlərində də hamıdan güclü olub.