Kosta Rika yığmasının baş məşqçisi istefaya göndərildi

Futbol üzrə Kosta Rika yığmasının baş məşqçisi Ronald Qonsales istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Kosta-Rika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Kosta Rika yığması bu gün ABŞ-la yoxlama oyunu keçirib. Qarşılaşma bu komandanın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçdan dərhal sonra baş məşqçi istefaya göndərilib.

Qeyd edək ki, Ronald Qonsales 2019-cu ildən Kosta Rika yığmasına rəhbərlik edirdi. Bu komanda onun rəhbərliyi altında keçirdiyi son 10 oyunda qələbə qazana bilməyib. Sonuncu dəfə 2019-cu ilin noyabrında Kurasaoya qalib gələn kosta-rikalılar, ondan sonrakı görüşlərdən cəmi ikisində heç-heçə etdikləri halda, qalan görüşlərdə məğlubiyyətlə üzləşiblər.