Almaniyalı futbol mütəxəssisi Kosta Runyaiç İtaliya A Seriyasında mübarizə aparan “Udineze” komandasının yeni baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
53 yaşlı mütəxəssislə 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Runyaiç “Udineze”nin sükanı arxasında 2023/2024 mövsümü bitən kimi istefaya göndərilmiş Fabio Kannavaronu əvəz edib.
Kosta Runyaiç son olaraq Polşanın “Legiya” (Varşava) komandasına rəhbərlik edib. O, bu ilin aprelində sözügedən klubdan ayrılandan bəri işsiz idi. Təcrübəli mütəxəssis daha öncə “Poqon”, “1860 Münhen”, “Kayzerslautern”, “Duysburq”, “Darmştadt” kimi komandaların da baş məşqçisi olub.
Xatırladaq ki, “Udineze” İtaliya A Seriyasında 2023/2024 mövsümün 37 xalla 15-ci pillədə başa vurub və elitadakı yerini çətinliklə də olsa, qoruya bilib.