Koul Palmer Messi ilə Ronaldo arasında seçim etdi

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer ulduz hücumçular Lionel Messi və Kristiano Ronaldo arasında seçimini açıqlayıb.

Arena.az ingilis futbolçunun seçimi haqda fikirlərini təqdim edir:

“Kim, Messi, yoxsa Ronaldo? Aydındır ki, oynadığı yol və qazandığı bütün fərdi mükafatları nəzərə alsaq, Messi. O, sadəcə olaraq bütün zamanların ən yaxşı oyunçusudur. Messi açıq-aydın Ronaldonu qabaqlayır, amma Kristiano da ən böyüklər siyahısındadır”, deyə Palmer bildirib.

Koul Palmer “Mançester Siti”nin yetirməsidir. O, “Çelsi”yə 2023-cü ilin sentyabrında 47 milyon avro müqabilində məhz Mançester klubundan keçib.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində 40 oyuna çıxıb. O, bu oyunlarda 21 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Palmer ötən ilin noyabr ayında debüt etdiyi İngiltərə milli komandasında 2 oyun keçirsə də, hələ fərqlənə bilməyib. O, daha öncə İngiltərənin U-15, U-16, U-17, U-18, U-21 yığmalarında da oynayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı Koul Palmeri 55 milyon avro məbləğində qiymətləndirir.