Kozlovski – Avropa çempionatları tarixində yeni rekordçu

Futbol üzrə Polşa millisinin yarımmüdafiəçisi Katsper Kozlovski Avropa çempionatında yeni rekord müəyyənləşdirib.

Arena.az xəbər verir ki, qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan İspaniya ilə matçda meydana çıxan Kozlovski qitə çempionatları tarixində ən gənc oyunçu olub.

Polşanın “Poqon” klubunun futbolçusu mötəbər turnirdə 17 yaş 246 günündə debüt edib. Bununla da Kozlovski 6 gün əvvəl Xorvatiya ilə görüşdə meydana çıxmış İngiltərə yığmasının xavbeki Cud Bellingemin müəyyənləşdirdiyi rekordu (17 yaş 349 gün) qırıb.

Qeyd edək ki, İspaniya – Polşa matçı 1:1 hesabıyla başa çatıb.