Kreyq Douson “Vest Hem”i “Vulverhemtpon”a dəyişdi

İngiltərənin U-21 yığmasının, Böyük Britaniya Olimpiya millisinin sabiq üzvü Kreyq DousonVest Hem” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu Premyer Liqanın digər təmsilçisi “Vulverhempton”a transfer olunub.

Bu barədə təcrübəli müdafiəçinin yeni klubu məlumat yayıb. Tərəflər müddəti 2025-ci ilin 30 iyununa qədər olan müqaviləyə imza atıblar. “Vulverhempton” bu transferə görə “Vest Hem”ə 3.8 milyon avro ödəyib.

Kreyq Douson 2020-ci ilin oktyabr ayından “Vest Hem”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 87 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Mərkəz müdafiəçisi əvvəllər “Uotford”, “Bolton”, “Roçdeyl”, “Vest Bromviç”, “Redkliff” və “Klipston” kimi klubların da formasını geyinib.