İngiltərənin “Lids” klubunun sol vingeri Krisensio Sammervill bundan sonra “Vest Hem”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Vest Hem” bu transfer üçün “Lids”ə 29,3 milyon avro ödəyib. Əslən Surinamdan olan niderlandlı 22 yaşlı futbolçu yeni klubu ilə 5+1 illik müqaviləyə imza atıb.
Krisensio Sammervill Niderlandın “Feyenoord” klubunun yetirməsidir. “Dordrext” və “Den Haaq”da da oynamış futbolçu “Lids”ə 2020-ci ilin sentyabr ayında 6 milyon avro qarşılığında keçmişdi. O, bu klubun əsas komandasında 89 oyuna çıxıb, 25 qol vurub, 12 məhsuldar ötürmə müəlllifi olub.
Sammervill Niderlandın müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.