“Kristal Pelas” Benteke ilə yeni müqavilə bağladı

İngiltərənin “Kristal Pelas” klubu hücumçusu Kristian Benteke ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu müddəti 2023-cü ilin yayına qədər olan yeni müqaviləyə imza atıb.

Benteke 2016-cı ilin yayından “Kristal Pelas”da çıxış edir. Belçika yığmasının da üzvü olan futbolçu, daha öncə “Genk”, “Standard”, “Kortreyk”, “Mexelen”, “Aston Villa” və “Liverpul”da oynayıb. O, “Kristal Pelas”da indiyə qədər 146 oyuna çıxıb, 33 qol vurub.