İngiltərənin “Kristal Pelas” klubunun yaranma tarixi dəyişdirilib. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu vaxta qədər “Kristsal Pelas”ın loqotipində klubun yaranma tarixi 1905-ci il göstərilirdi. Yeni loqotipdə isə yaranma tarixi kimi 1861-ci il göstərilib.
Bu dəyişiklikdən sonra “Kristal Pelas” dünyanın ən yaşlı peşəkar klubuna çevrilib.
Qeyd edək ki, İngiltərənin ən yaşlı klublarından biri olmasına baxmayaraq, bu komanda heç vaxt ölkə çempionu ola bilməyib. London təmsilçisi yalnız 1990/91 mövsümündə Premyer Liqanın bürünc medallarını qazanması ilə öyünə bilər. 1990 və 2016-cı illərdə İngiltərə kubokunun finalına yüksələn bu komanda hər iki halda “Mançester Yunayted”ə məğlub olub.



