İngiltərənin “Lester Siti” klubu müdafiəçisi Kristian Fuks ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, 35 yaşlı futbolçunun müqaviləsinin müddəti bitib və tərəflər vidalaşmağa qərar veriblər.
Artıq Fuksun yeni komandası da məlumdur. O, karyerasını ABŞ-da davam etdirəcək. Təcrübəli futbolçu “Şarlott” klubu ilə razılaşıb. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fuks yeni klubu ilə bir illik müqavilə imzalayıb.
Avstriya milli komandasının sabiq üzvü olan Fuks 2015-ci ildən “Lester Siti”də çıxış edirdi. O, “tülkülər”in heyətində Premyer Liqanın qalibi olub. İngiltərə klubunda keçirdiyi 6 mövsüm ərzində 152 matça çıxan Kristian, bu oyunlarda 3 qol da vurub.