Kristian Sebalyos “Sabah”ı “Fiorentina”ya dəyişdi

Kristian Sebalyos İtaliyanın “Fiorentina” klubundan aldığı təklifə görə “Sabah” futbol komandasının məşqçilər korpusundan ayrılıb.

Arena.az bu barədə Azərbaycan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, ispan mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyanın “Fiorentina” klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.

Xatırladaq ki, “Fiorentina”da bu yaxınlarda baş məşqçi dəyişikliyi edilib. Stefano Pioli ilə yollarını ayırmış A Seriyası təmsilçisi onu Paolo Vanoli ilə əvəz edib. Sebalyos da məhz Vanolinin yeni məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, Kristian Sebalyos 2021-2024-cü illər aralığında “Sabah”da futbolçu kimi çıxış edib. Lakin o, 32 yaşında futbolçu karyerasını sonlandırmağa qərar verib və bu ilin yayından “Sabah”ın əsas komandasının məşqçilər korpusunun üzvü idi.