Kristiano Ronaldo “Əl-Nəsr”də elə bir səlahiyyət aldı ki…

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz hücumçusu Kristiano Ronaldo komandanın transferlərinə təsir etmək hüququ alıb.

Arena.az İspaniyanın məşhur “Diario AS” nəşrinə istinadən xəbər verir ki, rəhbərlik Ronaldoya yaxın aylarda klubun transferləri ilə bağlı məsləhət və şərh vermək hüququnu verib.

“Əl-Nəsr” rəhbərləri Ronaldonu bəyəndiyi oyunçularla əhatə etmək istəyirlər. Bu səbəbdən də imza atmağa gəldikdə, portuqal ulduzun fikri həlledici olacaq.

Xatırladaq ki, artıq geridə qalmış mövsümün yekunlarına əsasən “Əl-Nəsr” Kristiano Ronaldo ilə birlikdə bir kubok belə, qazana bilməyib.

Ronaldo bir neçə gün əvvəl növbəti mövsümdə də “Əl-Nəsr”də qalacağını bildirmişdi. Portuqaliyadan olan ulduz futbolçu 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Son mövsüm ərzində hücumçu komandasının 19 oyununda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.