Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo 2025-ci ilin ən çox gəlir əldə edən futbolçusudur.
Arena.az xəbər verir ki, bu barədə məşhur “Forbes” nəşri məlumat yayıb.
40 yaşlı futbolçu 2025-ci ildə 280 milyon dollar qazanıb ki, bunun 50 milyon dolları əlavə gəlirdir.
Xatırladaq ki, Kristiano Ronaldo əvvəlki illərdə də dəfələrlə belə hesabatlarda ilk sıralarda olub.
İkinci yerdə “İnter Mayami”nin argentinalı forvardı Lionel Messi qərarlaşıb. O, 130 milyon dollar (60 milyon dollar maaş, 70 milyon dollar kənar gəlir) qazanıb.
Üçüncü yeri Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasının fransalı hücumçusu Kərim Benzema tutub. O, 104 milyon dollar (100 milyon dollar məvacib, 4 milyon dollar kənar gəlir) gəlir əldə edib.
İlk “10-luğ”a daxil olmuş digər oyunçuların siyahısı belədir:
- Kilian Mbappe (“Real”, Fransa) – 95 milyon dollar (70+25)
- Erlinq Haland (“Mançester Siti”, Norveç) – 80 milyon dollar (60+20)
- Vinisius Junior (“Real”, Braziliya) – 60 milyon dollar (40+20)
- Məhəmməd Salah (“Liverpul”, Misir) – 55 milyon dollar (35+20)
- Sadio Mane (“Əl-Nəsr”, Seneqal) – 54 milyon dollar (50+4)
- Cud Bellingem (“Real”, İngiltərə) – 44 milyon dollar (29+15)
- Lamin Yamal – (“Barselona”, İspaniya) – 43 milyon dollar (33+10)


