Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunun prezidenti Məhəmməd Əl Muammar məşhur Kristiano Ronaldo ilə əməkdaşlığın təfsilatı haqda danışıb.
Arena.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Biz Ronaldo ilə yalnız oyunçu kimi müqavilə bağlamamışıq. Həmçinin onun cari mövsüm bitəndən sonra qüvvəyə minəcək, turistik və digər sahələrə təsir göstərəcək şəxsi kommersiya hüquqlarını almışıq. Vaxt çatışmazlığı və idman proqramı səbəbilə biz “Əl-Nəsr”in Ronaldo ilə müqaviləsini göstərə bilməmişik. Klubun kommunikasiya və media mərkəzi isə sadə bildirişlər göndərməklə işləməyə çalışır. Mən həmişə “Əl-Nəsr”in oyunçularına deyirəm ki, Ronaldonun yanınızda olmasından istifadə edin və özünüzü göstərin, çünki oyunu əllidən çox kanal yayımlayır”.
Xatırladaq ki, Kristiano Ronaldo “Əl-Nəsr”də 2023-cü ildən forma geyinir. Portuqaliyalı ilə müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub.