Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunun Portuqaliyadan olan ulduz hücumçusu Kristiano Ronaldo zədədən əziyyət çəkir.
Arena.az ESPN-ə istinadən xəbər verir ki, Portuqaliya yığmasının üzvünün hələ də sağalmadığı bildirilir.
Kristinao Ronaldo “Əl-Nəsr”in 2022/2023 mövsümünün sonuncu turunda “Əl-Fateh”ə qarşı keçirdiyi oyunda meydana çıxmayıb. Səbəb futbolçunun bu oyuna dörd gün qalmış aldığı əzələ zədəsi ilə bağlıdır. Klubun məşqçi qərargahı ulduz futbolçuya istirahət verməyi düzgün bilib. Ronaldoya Portuqaliya yığmasının təlim-məşq toplanışlarına yollanmaq ərəfəsində zədəsini bərpa etmək üçün vaxt və istirahət verilib.
“Əl-Nəsr” ulduz hücumçusu olmadan da “Əl-Fateh”i məğlub edib (3:0). Ancaq bu, çempionluq üçün yetərli olmayıb. “Əl-Nəsr” buna qədər çempionluq şansını itirdiyindən, son oyundakı qələbə yalnız rəmzi baxımdan əlamətdar olub.
Kristiano “Əl-Nəsrə” qış transfer pəncərəsi zamanı qoşulub. Ulduz hücumçu cari mövsümə “Mançester Yunayted”də başlasa da, məşqçi və rəhbərliklə münaqişə üzündən klubu tərk edib. “Əl-Nəsr”in heyətində 19 oyuna çıxmış Kristiano 14 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Xatırladaq ki, Kristiano Ronaldoya qədər “Əl-Nəsr” çempionatın lideri idi.