Fransa millisinin sabiq hücumçusu Kristof Düqarri Lionel Messinin PSJ-dən ayrıldıqdan sonra bu klubu haqda dediklərindən narazı qalıb.
Arena.az “90min” portalına istinadən Düqarrinin bu xüsusda fikirlərni diqqətinizə çatdırır:
“Düzünü desəm, onun sözləri anlaşılmaz və çirkindir. Sizin iki il ərzində özünüzü çox yaxşı hiss etməmək hüququnuz var. Amma onun dəlillərini dinləyəndə… Yalnız özlərindən danışan bu futbolçulardan bezmişəm. Onların xoşbəxt olmaq üçün hər şeyi var. Hər şey onların ən yaxşı şəraitdə olması üçün edilir. O, xoşbəxt olmadığını elan edərək, gedir. Ancaq özünüzü komanda yoldaşlarınızın, məşqçinizin, azarkeşlərinizin yerinə qoyun! Bu, gülməlidir. Başa düşmürəm, onun məsləhətçiləri yox idi? O, necə belə cəfəng füzulluq edə bilir? Bəli, belə hal baş verə bilər, ancaq sən də dəlillər gətirməlisən”.
Xatırladaq ki, Messi PSJ-dən ayrıldıqdan sonra MLS-də çıxış edən “İnter Mayami”yə keçib. O, keçmiş klubunda iki çətin il keçirdiyini, xoşbəxt olmadığını dilə gətirib.