PSJ-nin baş məşqçisi Kristof Qaltye komandanın ulduz hücumçusu Lionel Messinin cari mövsümdəki çıxışı haqda fikrini bildirib.
Arena.az xəbər verir ki, fransız məşqçi “L’Équipe” dərgisinə açıqlamasında bunları söyləyib:
“Leo” bütün mövsüm boyu məşqlərdə qüsursuz olub və səylə çalışıb. Leo – futbol deməkdir. Bu, həqiqətdir. Mən bunu hər gün məşqlərdə görmüşəm. Həmçinin buna öz oyunlarımızda şahidlik etmişəm. Bu il onun əla statistikası var. Bu isə artıq ötən mövsümdəkindən çox, daha çox yaxşıdır. Düşünürəm ki, Leo PSJ-nin heyətində çox yaxşı mövsüm keçirib. Ancaq insanlar əvvəlki kimi, ondan daha çoxunu gözləyirlər”.
Xatırladaq ki, 35 yaşlı Messi cari mövsümdə PSJ-nin heyətində 39 oyuna 20 qol və 20 məhsuldar ötürmə ilə fərqlənib. Argentinalı ulduzun parislilərlə müqaviləsinin müddəti yayda başa çatır. Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hədəfindədir.