Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 35-ci turu çərçivəsində “Daequ” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib və inamlı qələbəyə sevinib – 1:0.
Anton bu görüşdə 90 dəqiqə meydanda olub.
“Daejeon Hana Sitizen” 35 oyuna topladığı 41 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda 35 oyunda 10 qələbə qazanıb, 11 heç-heç edib, 14 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 59 oyuna çıxıb, 2 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 39 matça çıxıb, 1 qola imza atıb.