Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plok) klubunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 2-ci turu çərçivəsində Qdansk “Lexiya”sı ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Visla” meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.
Anton Krivotsyuk bu matça start heyətdə başlayıb. Millimizin üzvü 86-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Visla” 2 turdan sonra hələ xal toplaya bilməyib və 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.