Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Polşa çempionatının 5-ci turu çərçivəsində baş tutan “Poqon”la matçın iştirakçısı olub.
“Visla” bu rəqiblə səfərdə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib – 2:2.
Cari mövsümdəki əvvəlki dörd oyunda ehtiyatda qalan Anton Krivotsyuk bu görüşdə nəhayət ki, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının bir qolunu da millimizin üzvü vurub. Müdafiəçi 88-ci dəqiqədə rəqib qapısına yol tapmaqla Plotsk təmsilçisini məğlubiyyətdən xilas edib.
Bu mövsüm ilk xal itkisi ilə üzləşən “Visla” 5 turdan sonra 13 xalla 18 iştirakçı arasında liderdir.