Almaniya yığmasının sabiq üzvü Toni Kroos ulduz futbolçular – argentinalı Lionel Messi və portuqaliyalı Kristiano Ronaldo haqda danışıb.
Arena.az Kroosun bu barədə fikrini təqdim edir:
“Onlar karyeraları boyu uğura bağlıdırlar. Bu, qarşısıalınmazdır. Onlar isə bütün oyunçuların 95 faizi kimi zirvədə ikən ayaq saxlamağa deyil, futboldan azacıq daha həzz almağa qərar verdilər. Bu, yaxşı yoldur. Əgər bu səni qane edirsə, hər şey qaydasındadır”, deyə alman futbolçu vurğulayıb.
Sonuncu klubu Madrid “Real”ı olan sabiq yarımmüdafiəçi, Kristiano Ronaldo ilə xorvat yarımmüdafiəçi Luka Modriçi hansı oxşarlıqların birləşdirdiyini də izah edib:
“Düşünürəm ki, Modriç bacardığı qədər oynamaq istəyir. Mən bunu heç vaxt istəməzdim, amma bir il də oynaya bilsə, əla olar. Hər kəsin öz yolu var.
Luka və Kristiano bütün karyeraları boyu uğura valeh olublar. Bu heç vaxt bitməyəcək”, deyə Kroos fikrini əsaslandırıb.