“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 3-cü raundunun “Sent-Patriks Atletik”lə ilk oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, İrlandiya və Azərbaycan təmsilçiləri arasındakı ilk qarşılaşma sabah “Sent-Patriks Atletik”in meydanında baş tutacaq.
Bu gün isə sözügedən komandaların baş məşqçiləri mətbuat konfransında iştirak ediblər, matçla bağlı düşüncələrini bölüşüblər.
“Sabah”ın xorvatiyalı çalışdırıcısı Krunoslav Renduliç bunları dilə gətirib:
“Qarşıda bizi çox çətin oyun gözləyir. Rəqibin müəyyən üstünlüyü var. İrlandiya çempionatında 26 tur oynanılıb və “Sent-Patriks Atletik” fiziki cəhətdən daha üstündür. Bizi ağır oyun gözlədiyini bilirik. Sabah buradan qalib ayrılacağımıza inanırıq. Biz sonadək vuruşub mərhələ adlayan tərəf olmaq istəyirik”.
“Sabah”ın hücumçusu Coy-Lens Mikels də mətbuat konfransında sabahkı matçdan gözləntilərini paylaşıb:
“Bizi sabah çox çətin qarşılaşma gözlədiyinə əminəm. Biz bu oyunu rəqib üçün də çətinləşdirmək üçün əlimizdən gələni edəcəyik. Həftəboyu çox yaxşı hazırlaşmışıq. Uğurlu nəticə əldə edəcəyimizə inanıram”.
“Sent-Patriks Atletik”in yarımmüdafiəçisi Ceymi Lennon da “Sabah”a qarşı keçiriləcək ilk oyunla bağlı fikirlərini bildirib. İrlandiyalı futbolçu bunları söyləyib:
“Bilirik ki, turnirin əvvəlki raundlarında olduğu kimi, “Sabah”la bu oyunda da azarkeşlərimiz bizimlə olacaq. “Sabah”a qarşı müsbət nəticə əldə etmək istəyirik. Bilirik ki, izdihamın yüksək dəstəyi buna nail olmaqda bizə kömək edəcək”.
Qeyd edək ki, “Sent-Patriks Atletik”lə “Sabah” arasındakı ilk oyun sabah “Tallayt” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Bu komandaların cavab qarşılaşması isə Bakıda