Kuman AÇ-nin finalında qarşılaşmaq istədiyi rəqibi açıqladı

Niderland yığmasının baş məşqçisi Ronald Kuman 2024-cü il Avropa çempionatının finalında hansı komanda ilə qarşılaşmaq istədiyini bildirib.

Arena.az “Mundo Deportivo” nəşrinin Kumanın RTVE dərgisinə müsahibəsinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İspaniyaya qarşı oynasaq, qoy finalda olsun, çünki 1/4 finalda və ya 1/8 finalda düşünürəm ki, nə İspaniya Niderlandla oynamaq istəməyəcək, nə də Niderland İspaniya ilə oynamaq istəməyəcək”, deyə Kuman bildirib.

Qeyd edək ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.

Niderland yığması “D” qrupunda Fransa, Avstriya və Polşa yığmaları ilə mübarizə aparacaq.