Kuman: “Beş qol vurursansa, narazı qala bilməzsən”

Niderland yığmasının baş məşqçisi Ronald Kuman Bosniya və Herseqovina yığması üzərində darmadağını şərh edib.

Arena.az xatırladır ki, UEFA Millətlər Liqasında A Liqasının 3-cü qrupunun 1-ci turu çərçivəsində baş tutan oyunda “zanbaqlar” evdə Balkan təmsilçisi üzərində 5:2 hesablı qələbə qazanıblar.

“Biz topla iş məsələsində çoxuna nail olduq. Topa çox sahib idik, oyunu isə nəzarətdə saxlamışdıq. Futbolçular xətlər arasında yaxşı oynayırdılar və çoxlu qol fürsətləri yaratdıq. Əslində, komandamız daha çox qol vura bilərdi, amma beş qol vurursansa, narazı qala bilməzsən”, – Kuman matçdan sonrakı mətbuat konfransında bildirib.

1-ci turdan sonra Niderland yığması A Liqasının 3-cü qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb. Almaniya yığmasının da 3 xalı var, bundestim daha yaxşı top fərqinə görə qrupun lideridir. Xalsız Bosniya Herseqovina və Macarıstan yığmaları müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.

Xatırladaq ki, UEFA Millətlər Liqasının cari çempionu İspaniya yığmasıdır.