Kuman De Yonqun uzunmüddətli zədədən qayıtmasını şərh etdi

Niderland yığmasının baş məşqçisi Ronald Kuman yarımmüdafiəçi Frenki de Yonqun uzunmüddətli zədədən sıraya qayıtmasını şərh edib.

Arena.az xatırladır ki, “Barselona”nın niderlandlı yarımmüdafiəçisi 14 aylıq müxtəlif ağır zədələr silsiləsindən sonra nəhayət yaşıl meydanlara qayıdıb.

“Onun topuq deyil, baldır zədəsi vardı. O, Çərşənbə axşamı milli komandanın düşərgəsində olacaq və güman edirik ki, o, Şənbə günü oynaya biləcək.

Frenki de Yonq, əgər idman formasındadırsa, mütləq heyətdə olmalıdır. Amma o, çoxdandır ki, yox idi, hələ, bir dəfə də olsun tam oyun keçirməyib. O, bizim üçün vacib olaraq qalır. Yarımmüdafiədə seçimlərimiz isə çoxdur”, deyə Kuman vurğulayıb.

Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyulunda “Barselona” 86 milyon avro məbləğ müqabilində Frenki de Yonqu “blauqra”nanın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə De Yonq “Barselona”nın heyətində bütü yarışlarda 7 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 220 oyun, 17 qol, 21 məhsuldar ötürmə.
Frenki de Yonq 2018-ci ilin sentyabrında debüt etdiyi Niderland yığmasının heyətində 54 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı niderlandlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: