Kunde irqi nəğməyə qəzəbləndi, ona isə anasını xatırlatdılar

Fransa yığmasının müdafiəçisi Jül Kunde Argentina yığmasının təhqiredici irqi mahnısına qəzəblənib, ona isə öz anasını döydüyü xatırladılıb.

Arena.az məlumat verir ki, Kunde özünün “X” sosial şəbəkə hesabında həmyerlisi Uesli Fofananın Argentina yığmasının irqi zəmində təhqiredici nəğməsinə “Bədbəxtlik…” şərhi ilə paylaşmasını qusma və təlxək emojisi ilə müşayiət edilən şərhlə qarşılayıb.

İstifadəçi Xuan Fernandes isə Kundeni belə cavablayıb: “Əgər sən ananı döyürsənsə, onda mənəvi taxtından sürüş-düş, çünki bu, sənin simana yaraşmır”.

Xatırladaq ki, bir müddət əvvəl “Mundo Deportivo” internet-nəşrinin səhifələrində, Jül Kundenin öz anasını döyməsi haqda etiraf yer almış məqalə dərc edilmişdi. İstifadəçi Xuan Fernandes Jül Kundeyə məhz bu məqaləni xatırladıb.

Öz növbəsində Jül Kunde mövqeyini açıqlayıb:

“Düşünmürəm ki, irqçi mahnıya diqqəti qaytarmaq üçün yalan məlumatlarla dolu bir qəzet məqaləsi dərc etmək çox ağıllı deyil. “Ağıllı insanlar üçün azadlıq” kitabının müəllifi, ola bilsin ki, bu, sizə yaraşmır”.

Xatırladaq ki, Argentina yığmasının Amerika Kubokunda qalibiyyətindən sonra komandanın avtobusunda zəfər şənliyi zamanı, “albiseleste”nin futbolçusu Entso Fernandesin açdığı canlı yayımda argentinalı futbolçuların fransız futbolçuların ünvanına cani-dildən təhqiredici irqi məzmunlu nəğmə oxuduğu görünmüşdü.