Moskva “Spartak”ının hücumçusu Kvinsi Promes ekstradisiya olunmamaq üçün Rusiya pasportu almağa cəhd edir.
Arena.az xəbər verir ki, bu iddiaya əminliklə Niderlandın AD internet-portalının jurnalistləri çıxış ediblər.
Kvinsi Promes Hollandiyada bir sıra ağır cinayətlərdə ittiham olunur. Promes əmisi oğluna bıçaqla hücumda və narkotik alverində iştirak etməkdə şübhəlidir. Niderland mətbuatının yazdığına görə, Promesə Rusiya pasportu Hollandiyada ədalətdən qaçmaq üçün lazımdır.
Bıçaqla hücuma dair işə gələn bazar ertəsi qərar veriləcək. Promesə ağır ittihamlar irəli sürülən zaman futbolçu “Ayaks”ı tərk edərək, 2021-ci ildə əvvələr oynadığı Moskva “Spartak”ına keçib.
2022/2023 mövsümündə Promes “Spartak”ın heyətində 37 oyun keçirib, 25 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Kvinsi Promesi 11 milyon avro məbləğində qiymətləndirir.