La Liqa: 11-ci tur qolsuz heç-heçə ilə yekunlaşdı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Malyorka” “Atletik”i qəbul edib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Beləliklə, 11 turdan sonra 30 xal toplamış “Barselona” vahid liderdir. Madrid “Real”ı 24 xalla 2-ci, “Vilyarreal” isə 21 xalla 3-cü pillədə qərarlaşıb. “Atletiko” 20, “Atletik”, “Betis”, “Malyorka” və “Osasuna” 18, “Rayo Valyekano” 16 xal toplayıblar.

İspaniya, La Liqa
11-ci tur
25 oktyabr

Espanyol – Sevilya 0:2
Qollar: Lukebakio, 20; 45.

26 oktyabr

Valyadolid – Vilyarreal 1:2
Qollar: Silla, 60-pen – Barri, 29. A.Peres, 84.

Rayo Valyekano – Alaves 1:0
Qol: Sivera, 80-öz qapısına.

Las Palmas – Jirona 1:0
Qol: Munyos, 42.

Real – Barselona 0:4
Qollar: Levandovski, 54; 56. Yamal, 77. Rafinya, 84.

27 oktyabr

Leqanes – Selta 3:0
Qollar: D.Qarsiya, 59. Braşanaç, 78. S.Qonsales, 82.

Xetafe – Valensiya 1:1
Qollar: Arambarri, 90-pen – Barreneçea, 36.

Betis – Atletiko 1:0
Qol: Ximenes, 4-öz qapısına.

Real Sosyedad – Osasuna 0:2
Qollar: Torro, 23. Budimir, 34.

28 oktyabr

Malyorka – Atletik 0:0

Xəbəri sosial şəbəkələrdə paylaş: