Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 12-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Alaves” doğma meydanda “Malyorka” ilə qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Bu turun “Vilyarreal” – “Rayo Valyekano” və “Valensiya” – “Real” oyunları İspaniyadakı daşqınlar səbəbindən qeyri-müəyyən vaxta kimi təxirə salınıb.
12-ci turun qalan görüşləri 2-4 noyabr aralığında baş tutacaq.
İspaniya, La Liqa
12-ci tur
1 noyabr
Alaves – Malyorka 1:0
Qol: Quridi, 76.
2 noyabr
17:00. Osasuna – Valyadolid
19:15. Jirona – Leqanes
3 noyabr
17:00. Atletiko – Las Palmas
19:15. Barselona – Espanyol
21:30. Sevilya – Real Sosyedad
00:00. Atletik- Betis
4 noyabr
00:00. Selta – Xetafe


