La Liqa: Arda yenə fərqləndi, “Real” 5 cavabsız qola sevindi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 36-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Osasuna” – “Malyorka” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Artıq çempionluğu təmin etmiş “Real” doğma meydanda “Alaves”lə qarşılaşıb və 5 cavabsız qolla qalib gəlib. Madrid təmsilçisinin türkiyəli gənc ulduzu Arda Gülər bu oyunda da qol vurmağa nail olub.

Uğurlu mövsüm keçirən “Jirona” isə bu dəfə doğma meydanda “Vilyarreal”la bacarmayıb. Kataloniya təmsilçisi bu oyundan xalsız ayrılıb.

Turun qalan oyunları mayın 15-də və 16-da keçiriləcək.

İspaniya, La Liqa
36-cı tur
14 may

Osasuna – Malyorka 1:1
Qollar: Monkayola, 14 – Darder, 65.

Real – Alaves 5:0
Qollar: Bellingem, 10. Vinisius, 27; 70. Valverde, 45+1. A.Gülər, 81.

Jirona – Vilyarreal 0:1
Qol: B.Traore, 59.

15 may

21:30. Rayo Valyekano – Qranada
21:30. Sevilya – Kadis
00:00. Selta – Atletik
00:00. Xetafe – Atletiko

16 may

21:30. Las Palmas – Betis
23:30. Almeriya – Barselona
00:00. Real Sosyedad – Valensiya