La Liqa: “Atletik” evdə uduzdu, “Sevilya” qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 33-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Sevilya” – “Espanyol” matçında meydan sahibləri qələbə qazanıblar. “Jirona” “Malyorka”nı, “Rayo Valyekano” da “Valyadolid”i eyni hesabla (2:1) məğlub edib. “Atletik” isə “Betis”lə ev oyunundan xalsız ayrılıb.

Beləliklə, 33 turdan sonra 82 xala malik “Barselona” vahid liderdir. “Atletiko” 69 xalla ikinci, Madridin digər təmsilçisi “Real” isə 68 xalla üçüncü pillədə qərarlaşıb.

“Real Sosyedad” 61, “Vilyarreal” 54, “Betis” 52, “Atletik” və “Jirona” 47, “Rayo Valyekano” 46, “Sevilya” və “Osasuna” 44, “Malyorka” 41 xal toplayıb.

İspaniya, La Liqa
33-cü tur
2 may

Almeriya – Elçe 2:1
Qol: Baptistao, 22. Embarba, 52 – Ponse, 90.

Barselona – Osasuna 1:0
Qol: Alba, 85.

Real Sosyedad – Real 2:0
Qol: Kubo, 47. Barreneçea, 85.

3 may

Valensiya – Vilyarreal 1:1
Qol: Lino, 72 – N.Cekson, 62.

Atletiko – Kadis 5:1
Qol: Qrizmann, 2; 27. Morata, 49. Karrasko, 57-pen. Molina, 73 – Lozano, 72.

Xetafe – Selta 1:0
Qol: E.Ünal, 3-pen.

4 may

Jirona – Malyorka 2:1
Qol: Bernardo, 45+2. Kastelyanos, 84 – Muriqi, 80-pen.

Sevilya – Espanyol 3:2
Qol: B.Xil, 22. Okampos, 69-pen. Qeye, 88 – Rekik, 29-öz qapısına. Puado, 43.

Atletik – Betis 0:1
Qol: V.Xose, 6.

Rayo Valyekano – Valyadolid 2:1
Qol: De Tomas, 48. Kamelyo, 80 – Leon, 84.

Xəbəri sosial şəbəkələrdə paylaş: