Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Almeriya” – “Qranada” matçında qalib müəyyənləşməyib. “Alaves” doğma meydanda “Osasuna”ya 2 cavabsız qolla uduzub.
Madrid “Atletiko”su bu turda “Kadis”i qəbul edib. Beş qolun vurulduğu matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Valensiya” isə səfərdə “Betis”ə 3 cavabsız qolla uduzub.
8-ci tura sabah keçiriləcək “Las Palmas” – “Selta” oyunu ilə yekun vurulacaq.
İspaniya, La Liqa
8-ci tur
29 sentyabr
Barselona – Sevilya 1:0
Qol: S.Ramos, 76-öz qapısına.
30 sentyabr
Xetafe – Vilyarreal 0:0
Rayo Valyekano – Malyorka 2:2
Qollar: Qarsiya, 4. Falkao, 90+12-pen – Muriqi, 44. A.Sançes, 59.
Jirona – Real 0:3
Qollar: Xoselu, 17. Tçuameni, 21. Bellingem, 71.
Real Sosyedad – Atletik 3:0
Qollar: Le Normand, 30. Kubo, 48. Oyarzabal, 66.
1 oktyabr
Almeriya – Qranada 3:3
Qollar: L.Suares, 41; 44; 45+1 – Saraqosa, 66-pen. R.Sançes, 70. Uzuni, 86.
Alaves – Osasuna 0:2
Qollar: Arnaiz, 36. Budimir, 90.
Atletiko – Kadis 3:2
Qollar: Korrea, 32; 66. Molina, 46 – L.Pires, 2. Marti, 27.
Betis – Valensiya 3:0
Qollar: Diao, 41. Roka, 52. Ezzalzuli, 85.
2 oktyabr
23:00. Las Palmas – Selta