La Liqa: “Atletiko”dan növbəti darmadağın

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 33-cü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Valensiya” – “Vilyarreal” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Xetafe” “Selta”nı məğlub yola salıb. Madrid “Atletiko”su isə bu dəfə “Kadis”i böyük hesabla məğlub edib.

Hazırda 82 xala malik “Barselona” vahid liderdir. “Atletiko” 69 xalla ikinci, Madridin digər təmsilçisi “Real” isə 68 xalla üçüncü pillədə qərarlaşıb.

“Real Sosyedad” 61, “Vilyarreal” 54, “Betis” 49, “Atletik” 47, “Jirona” ilə “Osasuna” 44, “Rayo Valyekano” 43, “Sevilya” və “Malyorka” 41 xal toplayıb.

İspaniya, La Liqa
33-cü tur
2 may

Almeriya – Elçe 2:1
Qol: Baptistao, 22. Embarba, 52 – Ponse, 90.

Barselona – Osasuna 1:0
Qol: Alba, 85.

Real Sosyedad – Real 2:0
Qol: Kubo, 47. Barreneçea, 85.

3 may

Valensiya – Vilyarreal 1:1
Qol: Lino, 72 – N.Cekson, 62.

Atletiko – Kadis 5:1
Qol: Qrizmann, 2; 27. Morata, 49. Karrasko, 57-pen. Molina, 73 – Lozano, 72.

Xetafe – Selta 1:0
Qol: E.Ünal, 3-pen.

4 may

21:30. Jirona – Malyorka
21:30. Sevilya – Espanyol
00:00. Atletik – Betis
00:00. Rayo Valyekano – Valyadolid

Xəbəri istədiklərinizlə paylaşın