La Liqa: “Barselona” 1, “Real” 2 qolla qalib gəldi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 18-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Elçe” – “Osasuna” matçında qalib müəyyənləşməyib. Lider “Barselona” “Xetafe”ni, “Vilyarreal” isə “Jirona”nı tək qolla üstələyib. Səfərdə “Atletik”lə qarşılaşan “Real” isə turu inamlı qələbə ilə başa vurub.

Tura 23 yanvarda keçiriləcək bir oyunla yekun vurulacaq.

İspaniya La Liqası
18-ci tur
20 yanvar

Malyorka – Selta 1:0
Qol: D.Rodriqes, 59.

21 yanvar

Rayo Valyekano – Real Sosyedad 0:2
Qol: Sorlot, 15. Barreneçea, 36.

Espanyol – Betis 1:0
Qol: Breytveyt, 43.

Atletiko – Valyadolid 3:0
Qol: Morara, 18; 23. Hermoso, 28.

Sevilya – Kadis 1:0
Qol: Rakitiç, 89-pen.

22 yanvar

Vilyarreal – Jirona 1:0
Qol: Parexo, 90+11-pen.

Elçe – Osasuna 1:1
Qol: Karmona, 67 – Avila, 20.

Barselona – Xetafe 1:0
Qol: Pedri, 35.

Atletik – Real 0:2
Qol: Benzema, 24. Kroos, 90.

23 yanvar

00:00. Valensiya – Almeriya